Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 00:49

Avropa Birliyi Suriya müxalifətinə silah verilməsi barədə qərarın qəbulunu təxirə saldı


Brüsselə toplaşan Avropa Birliyi liderləri Suriyada president Bashar al-Assad rejiminə qarşı döyüşən müxalifəti silahlandırmağı nəzərdə tutan qərarın qəbulunu təxirə salıb.

Avropa Birliyinin prezidenti bu gün keçirilən müzakirələrin ardından bildirib ki, bloka daxil olan ölkələrin xarici işlər nazirləri məsələni gələn həftə - martın 22-i və 23-də Dublində müzakirə edəcəklər.

Fransa və Britaniya Suriyaya silah embarqosunun aradan qaldırılmasına çağırıblar. Bu embarqonun aradan qalxması Suriyada müxalifətin silahlandırılmasına imkan verə bilər.
Fransa prezidenti François Hollande toplantıdan əvvəl bildirmişdi ki, Avropa Birliyi Suriyada insanların kütləvi şəkildə qırılmasına sadəcə kənardan baxa bilməz.
XS
SM
MD
LG