Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:47

Əvəz Zeynallının apellyasiya şikayəti təmin edilmədi


-
Martın 15-də Bakı Apellyasiya Məhkəməsində «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı və onun vəkili Elçin Sadıqovun Bakı İstintaq Təcridxanasına (BİT) qarşı iddiası üzrə məhkəmə prosesi olub.

İddiada Elçin Sadıqovun BİT-da heç bir əsas olmadan üzərində axtarış aparılması, məxfiliyə riayət edilməməsi, təqsirləndirilən şəxsin, yəni Ə.Zeynallının müvafiq hüquqlarının pozulmasından bəhs edilir.

Apellyasiya şikayəti təmin edilməyib.

Bu barədə AzadlıqRadiosuna vəkil Elçin Sadıqov məlumat verib:

«Qərar əsassız olduğuna görə kasasiya şikayəti verəcəyik. Bundan əlavə, Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməyi düşünürük».
XS
SM
MD
LG