Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:13

Avropa Birliyi Suriya müxalifətinə silah verilməsini müzakirə edir



Brüsseldə toplaşan Avropa Birliyi ölkələrinin liderləri Suriyada president Bashar al-Assad rejimi ilə vuruşam müxalifət qüvvələrinə silah verilməsinə imkan yaradan qərar qəbul etməyi müzakirə edirlər. Fransanın təklif etdiyi qərar layihəsi Suriyaya tətbiq olunan silah embarqosunun aradan qaldırılmasını nəzərdə tutur.

Fransa prezidenti Francois Hollande bildirib ki, Suriya rejimi iki ildir davam edən münaqişənin dinc yolla nizamalanmasına maraq göstərmir. Ona görə də Avropa Birliyi bu ölkədəki kütləvi qırğına biganə qala bilməz.

Paris əlavə edir ki, hətta Avropa Birliyi silah embaroqusunu aradan qaldırmasa belə Suriya müxalifətinə silah verməyə hazırdır. Bu embarqo mayın sonunda başa çatır.
Britaniya da Parisin Suriyaya silah embaroqsunu ləğv etmək təklifini müdafiə edir.

Martın 15-də Suriyada etiraz aksiyalarının başlanmasının da iki ili tamam olur. Rejimin istefası və demokratiik islahatlar tələbilə keçirilən aksiyalara hökumətin silahlı müdaxiləsi bu ölkədə vətəndaş müharibəsinə gətirib çıxarıb.
XS
SM
MD
LG