Keçid linkləri

Təcili xəbərlər
2021, 11 Aprel, bazar, Bakı vaxtı 20:12

Xırdalanda sakinlərin evi sökülür


Evləri sökülən sakinlər - Xırdalan
-

Abşeron rayonu, Heydər Əliyev prospektində yaşayan bir qrup sakinin evi sökülür.
Bu barədə məlumatı AzadlıqRadiosuna evi sökülən sakin- Qədim Quliyev verib. Onun sözlərinə görə, Abşeron Rayon İcra Hakimiyyəti polis vasitəsilə onları evlərindən çıxarmağa çalışır.
Hazırda, ərazidə polislə vətəndaşlar arasında qarşıdurma yaranıb.
Sakinlər tələb edir ki, birinci onları evlə təmin edib, sonra yaşadıqları yataqxanadan çıxarsınlar.
Narazı sakinlər «Azərnəqliyyatyoltikinti» Açıq Səhmdar Cəmiyyətinin 835 saylı tikinti idarəsinin işçiləridir.
Yaşadıqları evi 1984-cü ildə çalışdıqları idarədən alıblar.
Binada 1993-cü ildən məcburi köçkünlər də məskunlaşıb.
Binanın yerləşdiyi ərazi sonradan «AAAF Park» tikinti şirkətinə satılıb.
Şirkət ərazidə hündür mərtəbəli bina tikir.

Abşeron rayon İcra Hakimiyyəti sakinlərin bu ərazini özbaşına zəbt etdiyini AzadlıqRadiosuna bildirmişdi.

Şərhlər (5)

Bu forum dayandırılıb
XS
SM
MD
LG