Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:24

Ramiz Mehdiyev: "Əkrəm Əylislinin o mənfur əsəri..."


Ramiz Mehdiyev
Ramiz Mehdiyev
-

-
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev martın 14-də AzərTAc informasiya agentliyinə müsahibə verib.

O keçmiş xalq yazıçısı Əkrəm Əylislinin qalmaqallı "Daş yuxular" romanına da toxunub:

«Qeyd etməyi vacib bilirəm ki, cəmiyyət, Azərbaycan ictimaiyyəti əsassız şəkildə onun adından çıxış etməyə çalışan müxalif qrupların, özlərini «ziyalı» adlandıranların Əkrəm Əylislinin mənfur «Daş yuxular» əsəri ilə bağlı xəyanətə bərabər mövqeyini gördü və bir daha bunların hansı məzhəbə qulluq etdiklərinə əmin oldu. Hakimiyyətə iddialı olan, özünü iqtidara opponent hesab edən dağıdıcı müxalifət, yüksək ziyalı adından sui-istifadə edənlər ümummilli məsələlərdə də xalqın tərəfində yox, onun iradəsinə zidd mövqedə durdular və əsl simalarını açıq nümayiş etdirdilər. Çox təəssüf ki, cəmiyyətimizdə belələrinə hələ ki, yer tapılır. Ancaq ictimaiyyətimiz, vətəndaşlarımız, əsl ziyalılarımız, gənclərimiz həm Əkrəm Əylisli kimilərinin, həm də onun havadarlarının əməllərini görür və öz qəti mövqelərini ortaya qoyurlar».

Ə.Əylislinin romanı ötən ilin sonu Rusiyanın "Drujba narodov" jurnalında çap ediləndən sonra müəllif Vətənində Qarabağ münaqişəsində azərbaycanlıları aşağılamaqda, törətmədikləri cinayətləri onların ayağına yazmaqda, erməniləri isə ucaltmaqda ittiham edilmişdi. Prezident İlham Əliyev onu "xalq yazıçısı" adından məhrum etmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG