Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:39

İlqar Məmmədov dünya ictimaiyyətinə müraciət edib


«Beynəlxalq ictimaiyyətin Azərbaycan diktatorluğu ilə səfehcəsinə sivil qaydalar əsasında oynamaq cəhdlərinə, bu zaman sonuncunun dünyaya və öz vətəndaşlarına meydan oxumasına həbsxanadan ayrı bir hisslə baxırsan».

REAL hərəkatının həbsdə olan rəhbəri İlqar Məmmədovun dünya ictimaiyyətinə müraciətində belə deyilir.

İlqar Məmmədov nəyə görə həbs olunması haqda yazır ki, «Rusiya deputatlarının və bir neçə ələ alınmış, ya da aldadılmış avropalı siyasətçinin kiçik səs çoxluğu ilə Avropa Şurası Parlament Assambleyasında siyasi məhbuslar mövzusunda tarixi səsverməni Azərbaycan hakimiyyəti qazandıqdan cəmi 20 dəqiqə sonra İsmayıllı şəhərində baş verən ciddi siyasi toqquşmalar öz ironik acılığı ilə siyasi məhbuslar dairəsini daha da genişləndirdi. Mənə qarşı rəsmi ittiham da həmin toqquşmalarla bağlıdır. Xalqın polislə dalbadal iki gecə toqquşması arası, sakit axşamtərəfi saatlarda İsmayıllıya qısa bir səfər etmişdim. Məqsədim durumu yerində dəyərləndirmək və geniş ictimaiyyətə mövqeyimi çatdırmaq idi. İndi korrupsiyaya bu qəfil və təəssüf ki, zorakı etirazı təşkil etməkdə Azərbaycan hakimiyyəti məni günahlandırır».

Siyasi fəaliyyəti ilə bağlı geniş məlumat verən İlqar Məmmədov sonda yazır ki, 7 ilədək azadlıqdan məhrum edilə bilər:

Müraciəti «Turan» agentliyi yayıb.
XS
SM
MD
LG