Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:03

Netanyahu koalision hökumətlə bağlı razılıq əldə edib


Benjamin Netanyahu
Benjamin Netanyahu
İsrailin baş naziri Benjamin Netanyahu yeni koalision hökumət yaradılması ilə bağlı razılıq əldə edib.

Bu barədə onun rəhbərlik etdiyi Likud partiyasının nümayəndəsi Noga Katz məlumat verib.

Onun sözlərinə görə, hakim “Likud-Beytuna” bloku mərkəzçi “ Eş Atid” və “Yəhudi evi” partiyaları ilə əməkdaşlıq etmək qərarına gəlib.

Bu partiyalar işğal edilmiş Fələstin ərazilərində tikinti işlərinin davam etdirilməsinin tərəfdarıdırlar.

Həmçinin keçmiş xarici işlər naziri Tzipi Livnin tərəfdarları kabinetə daxil olacaq.

Netanyahunun bloku yanvarın 22-də keçirilmiş seçkidə 120 yerlik parlamentdə 31 mandat qazanıb.
Bu razılaşmadan sonra hakim kolaisiyanın 68 mandatı olacaq.
XS
SM
MD
LG