Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:50

İsmayıllıda tutulanların həbs müddəti 2 ay uzadıldı


İsmayıllı - 25 yanvar 2013
İsmayıllı - 25 yanvar 2013
-
İsmayıllı hadisələrində iştirakda ittiham olunan Səftər və Qəmbər Ağamalıyev qardaşları, Anar Həsənov və daha bir neçə nəfər barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti daha 2 ay uzadılıb.

Bu haqda AzadlıqRadiosuna Səftər Ağamalıyevin vəkili Nizami Abbasov məlumat verib.

Vəkil deyib ki, ittiham tərəfi həbsin hansı səbəbdən uzadılması ilə bağlı məlumat verməyib. Bundan əvvəl müdafiə tərəfi işlə bağlı istintaq hərəkətlərinin aparılmadığını bildirirdi.

İsmayıllı hadisələri zamanı tutulmuş Vasif İbrahimovun həbsinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı apellyasiya şikayəti isə təmin olunmayıb.

Bu barədə AzadlıqRadiosuna onun vəkili Nəvaid Abbasov bildirib.

Gün ərzində İsmayıllı hadisələrində iştirakda ittiham olunan digər şəxslərin də həbsinin uzadılması məsələsinə baxılacaq.

Bu il yanvarın 23-24-də İsmayıllıda icra hakimiyyəti başçısının istefası tələbilə etiraz aksiyası keçirilmişdi. Aksiyalara görə 16 nəfər tutulub. Onlar Cinayət Məcəlləsinin 186.2 (külli miqdarda əmlakı məhv etmə), 233 (kütləvi iğtişaşlar təşkil etmə və iştirak etmə) və 315.2 (polisə müqavimət) maddələri ilə ittiham olunur. Bu maddələrin hər biri üzrə 2 ildən 7 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.
XS
SM
MD
LG