Keçid linkləri

2026, 02 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:57

İsa Muğannanın “Məhşər” romanı yenidən nəşr olundu

-

Tanınmış Azərbaycan yazıçısı İsa Muğannanın “Məhşər” romanı yenidən nəşr olunub.

Hədəf Nəşrlərinin mətbuat xidmətindən verilən məlumata görə, “XAN” (Xalqım, Azərbaycanım Naminə!) bədii ədəbiyyat layihəsi çərçivəsində nəşr olunmuş bu roman XIV əsrin sonlarındakı Azərbaycanı əks etdirir.

Əsərdə Teymurun yürüşləri ərəfəsində Azərbaycandakı mövcud ictimai-siyasi şəraitdən, xalqın azadlıq mübarizəsindən bəhs olunur və Nəsiminin bu mübarizədəki rolu işıqlandırılır.

Eyni zamanda Teymurla Nəsimi və Nəsimi ilə xalq arasındakı maraqlı məqamlara aydınlıq gətirilib.

Dövrün bütün bu hadisələri İsa Muğanna tərəfindən özünəməxsus şəkildə əks olunub.
This item is part of
XS
SM
MD
LG