Argentinadan olan kardinal Jorge Mario Bergoglio yeni Roma Papasıdır. Vatikanda toplaşan 115 kardianal onu dünya katoliklərinin yeni başçısı seçib.
Bergoglio Roma Papası rütbəsində Birinci Fransis adını daşıyacaq. O, 1936-cı ildə anadan olub. 1998-ci ildə Argentina paytaxtının arxiyepiskopu, 2001-ci ildə isə kardinalllığa seçilib.
Yerli vaxtla saat 19.07-də Sikstin kapellasının bacasından çıxan ağ tüstü yeni Roma papasının seçildiyinin işarəsi idi. Lakin bir müddət yeni Papanın adı açıqlanmırdı. Səsvermə mərasimini və yeni Papanın seçilməsini izləmək üçün müqəddəs Pyotr meydanına toplaşan yüz minlərlə katolik konklavın (Papanı seçən kardinalların toplantısı) son qərarını daha bir saat gözləməli oldular.
İlkin olaraq İtaliyalı Angelo Scola ilə braziliyalı Odilo Scherer əsas namizədlər hesab olunurdu. Namizədin qalib gəlməsi üçün konklavda 2/3 səs çoxluğu qazanmaq lazım idi. Bundan əvvəlki 2 mərhələdə bacadan qara tustü çıxmışdı ki, bu da kardinallar arasındakı fikir ayrılığının nişanəsi idi.
Nəhayət, katolik kilsəsi tarixində ilk dəfə olaraq Cənubi Amerikanın nümayəndəsinin Papa seçilməsi haqda qərar, Bergoglio-nun adı elan edildi. Yeni Roma Papası Birinci Fransis katoliklərə ilk müraciətində onları qarşılıqlı inam və sevgi əsasında birliyə çağırıb onlardan halallıq istədi:
- Allaha dua edin ki, mənə öz xeyir-duasını versin. - deyə xahişini əlavə etdi.
Keçmiş Roma papası XVI Benedikd səhətinə görə istefa veürib və fevralın 28-də bu postu tərk edib.
Papa istefanın səhətilə bağlı olduğunu deyir.