Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:45

«Cinayətsiz cəza»


Əvəz Zeynallının Hüquqlarını Müdafiə Komitəsinin mətbuat konfransı
Əvəz Zeynallının Hüquqlarını Müdafiə Komitəsinin mətbuat konfransı
-
«Əvəz Zeynallıya qarşı iddia irəli sürənlərin bəzilərini gecə evlərindən məcburi yığıb Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə gətirmişdilər. Hətta onlardan xəstəliyə tutulanlar da oldu. Həmin adamlar məhkəmə üzləşdirməsində ibtidai istintaqa verdikləri ifadələrini inkar etdilər».

«Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının Hüquqlarını Müdafiə Komitəsi onun 9 illik həbs cəzasına məhkum olunması ilə razılaşmayaraq martın 13-də mətbuat konfransı keçirib. Baş redaktorun həbsi ilə əlaqədar yaradılmış Preventiv Təhqiqat Qrupunun rəhbəri, jurnalist Əfqan Muxtarlının fikrincə, 10 ay sürən məhkəmədə ittiham alt-üst olsa da, sonda hakim elə həmin ittihama əsaslanaraq sifarişli hökm çıxarıb. Jurnalist həbs cəzasının ən yüksək səviyyədə razılaşdırıldığını düşünür:

«Əvəz Zeynallıya qarşı iddia irəli sürən şəxslərin hamısı Ramiz Mehdiyevə və bir-birinə bağlı adamlardır. «Xural» qəzetinin kollektivi olaraq hesab edirik ki, Əvəz Zeynallının həbsi İlham Əliyevlə razılaşdırılıb. Bu həbsin əsas fiqurları Prezident Administrasiyasının rəhbəri Ramiz Mehtiyev və administrasiyanın şöbə müdiri Əli Həsənovdur».

«TƏZYİQLƏRİN QARŞISINDAN HEÇ VAXT QAÇMAMIŞIQ»

«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev məhkəmə müşahidələrindən çıxardığı nəticəni diqqətə yetirdi:

«Əvəz Zeynallı haqsız həbs olunub. Qərarın heç bir əsası yoxdur. Bu, sırf siyasi qərardır. Bu məsələ Azərbaycanda uzun illər azad sözə qarşı aparılan siyasətin tərkib hissəsidir. Bu, təkcə Əvəz Zeynallıya yox, bütün Azərbaycan jurnalistikasına təpkidir, hədə-qorxudur, təzyiqdir. Bu təzyiqlərin qarşısından heç vaxt qaçmamışıq və qaçmayacağıq. Əvəz Zeynallının azadlığa çıxması uğrunda mübarizəni davam etdirəcəyik».

«Kür» Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev baş redaktorun həbsini hakimiyyətin Azərbaycanda azad mətbuata olan münasibəti kimi qiymətləndirdi.

Baş redaktorun hüquqlarının müdafiəsi komitəsinin başqa üzvləri də onun azadlığa çıxması istiqamətində beynəlxalq təşkilatlarla sıx işləməyin zəruri olduğunu bildiriblər.

«HÖKMDƏ «JURNALİST ƏVƏZ ZEYNALLI» YAZILMAYIB»

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli baş redaktorun məhz fəaliyyətinə görə həbs olunması ilə bağlı iddiaları qəbul etmir.

«Məhkəmə hökmündə «jurnalist Əvəz Zeynallı» yazılmayıb. Sadəcə, «Əvəz Zeynallı» yazılıb. Fəaliyyətlə məşğul olmaq onun məhz fəaliyyətinə görə həbs olunması demək deyil. O hallara görə ki, ittiham və məhkum olunub, bunların ətrafında düşünmək lazımdır», – Əli Hüseynli AzadlıqRadiosuna müsahibəsində belə deyib.

Baş redaktorun azadlıqdan məhrum edilməsinə bir sıra beynəlxalq media və insan haqları qurumları da münasibət
Əvəz Zeynalli
Əvəz Zeynalli
bildiriblər.

«ƏVƏZ ZEYNALLI AZAD EDİLMƏLİDİR»

Nyu-Yorkda mənzillənən Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) fikrincə:

«Bu hökm Azərbaycanda müstəqil və tənqidi jurnalistikanı kriminallaşdırır. Azərbaycan mətbuat azadlığı öhdəliklərindən uzaqlaşdıqca, jurnalistlər repressiya ilə üzləşirlər. Apelyasiya məhkəməsi hökmü ləğv etməli və Zeynallını azadlığa buraxmalıdır».

Bu fikri həmin qurumun Avropa və Orta Asiya üzrə araşdırmaçısı Müzəffər Süleymanov dilə gətirib.

Əvəz Zeynallı 28 oktyabr 2011-ci ildə vergidən yayınmada, hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilərək həbs olunub. Bu il martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 illik həbsə məhkum edilib. Baş redaktorun tutulmasına əsas verən ərizəni indi özü dələduzluq ittihamı ilə həbsdə olan sabiq deputat Gülər Əhmədova yazıb.

Keçmiş universitet rektoru Elşad Abdullayev onu deputat seçilməsi əvəzində 1 milyon dollar tələb etməkdə təqsirləndirir. Buna dair video yayılandan sonra Gülər Əhmədova deputat mandatından imtina edib.

Bu il fevralın 13-də məhkəmə onun barəsində həbs qərarı seçib.
XS
SM
MD
LG