Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 14:25

ABŞ kəşfiyyatı artıq Al-Qaedanın ciddi təhlükə mənbəyti olmadığını bildirir



ABŞ-ın milli kəşfiyyat agentliyinin direktoru James Clapper bildirir ki, Al-Qaeda çox ciddi şəkildə zəiflədilib və artıq bu terrorçu təşkilat ciddi təhlükə mənbəyi deyil. ABŞ Senatına illik hesabatında Clapper qeyd edib ki, Al-Qaeda artıq o qədər zəifdir ki, onun Qərbə kompleks, geniş miqyaslı hücum təşkil etmək imkanları böyük ehtimalla çox azdır.

O, eyni zamanda əlavə edib ki, nə qədər zəiflədilsə də Al-Qaedanın ABŞ-la müharibədən vaz keçdiyini söyləmək hələ tezdir. Bu qurum xüsusilə Yəmənə və ABŞ-ın başqa müttəfiqlərinə qarşı hücumlarını davam etdirir.

Kəşfiyyat direktoru hazırda kiber hücumlar və kiber casusluğun ABŞ üçün əsas təhlükə mənbəyi olaraq qaldığını bildirir.

Onun hazırladığı 34 səhifəlik hesabatda Şimali Koreya, İran və Suriyadan gələ biləcək təhdidlər əks olunur.
XS
SM
MD
LG