Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:41

Sarkisian Putinlə görüşür


Ermənistan prezidenti Serzh Sarkisian martın 12-də Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşür. Rusiya mediası görüşdə ölkələr arasında əlaqələrin dərinləşdirilməsi məsələlərinin müzakirə ediləcəyini yazır.

Bu, Serzh Sarkisian-ın keçən ay keçirilən president seçkisində ikinci dəfə seçilməsi elan olunandan bəri ilk xarici səfəridir. Fevralın 18-də keçirilmiş son president seçkisinin nəticələrinin saxtalaşdırıldığını düyən müxalifət hələlik Ermənistanda küçələrində müxtəlif vaxtlarda etiraz aksiyalarını davam etdirir.

Rəsmi məlumata görə seçkidə 37 səslə Sarkisiandan sonra ikinci yeri tutan Raffi Hovanisian paytaxt Yerevanın mərkəzində aclıq aksiyasına başlayıb. O, seçkinin nəticələrinin saxtalaşdırıldığı iddiası ilə Konstitusiya Məhkəməsinə də müraciət edib.
XS
SM
MD
LG