Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:07

ATƏT-in təlimindəki qalmaqalla bağlı mövqeyi


ATƏT bayrağı
ATƏT bayrağı
-

«ATƏT-in Bakı ofisi ümid edir ki, müvafiq orqanlar gələcəkdə qurumun keçirdiyi tədbirlərin təhlükəsizliyini təmin etmək üçün lazımi addımlar atacaq».

Bunu ATƏT-in Bakı ofisi martın 9-da Novxanıdakı tədbiri zamanı mülki geyimlilərin təlim iştirakçılarını saxlamasına dair açıqlamasında deyir:

ATƏT-in Bakı ofisinin mətbuat xidmətinin rəhbəri Rəşad Hüseynov AzadlıqRadiosunun sorğusuna cavab olaraq bunları bildirib:

«Martın 7-dən 10-dək ATƏT-in Bakı ofisi Böyük Britaniyanın səfirliyi ilə birlikdə siyasi partiyaların gənclər təşkilatları üçün «Təlimçilərin təlimi» kursunu təşkil edib. Bu tədbir haqqında bütün aidiyyatı dövlət orqanlarına qabaqcadan məlumat verilmişdi.

«Martın 9-da axşam saatlarında polis işçiləri otelə daxil olaraq, təlim iştirakçılarını polisə aparacağını bildirib, ancaq oteldən bir qədər aralandıqdan sonra onları geri qaytarıb.

ATƏT-in Bakı ofisi inanır ki, bu hadisə sadə anlaşılmazlıq nəticəsində baş verib. Ümid edirik ki, müvafiq orqanlar gələcəkdə ATƏT-in Bakı ofisinin təşkil etdiyi tədbirlərin təhlükəsizliyini təmin etmək üçün lazımi addımlar atacaq».

Bir neçə gün əvvəl Novxanıda ATƏT-in siyasi partiyaların gənclər təşkilatları üçün keçirdiyi təlimlə polis müdaxiləsi olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG