Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:49

Raffi Hovanisian aclıq aksiyasına başlayıb


Raffi Hovannisian
Ermənistanda keçirilmiş prezident seçkisində ikinci olan Raffi Hovannisian nəticələrə etiraz olaraq aclıq aksiyasına başlayıb.

Rəsmi məlumatda indiki prezident Serzh Sarkisianın qalib gəldiyi bildirilsə də müxalifət bununla razılaşmır.

İnterfaksın məlumatına görə, Hovannisian Yerevanın mərkəzindəki “Azadlıq” meydanında çıxış edərkən bildirib ki, Sarkisian aprelin 9-u, andiçmə mərasiminədək hakimiyyətdən imtina etməsə aclığı davam etdirəcək.

“İrs” partiyasının lideri Raffi Hovannisian martın 4-də Konstitusiya məhkəməsinə müraciət edib.
XS
SM
MD
LG