Keçid linkləri

Təcili xəbərlər
2021, 06 Mart, şənbə, Bakı vaxtı 18:05

Yol polisini tənqid etmiş reper azadlığa çıxdı, amma danışmır


Dado
-

Oxuduğu repdən sonra təzyiqlərlə üzləşdiyi iddia edilən repçi «Dado» (
Səid Əliyev) martın 9-da saxlandığı Binəqədi təcridxanasından azadlığa buraxılıb.

Bu barədə AzadlıqRadiosuna onun prodüseri məlumat verib.

Onun dediyinə görə, «Dado» bir müddət mətbuata heç bir müsahibə vermək istəmir.

Səid Əliyev fevralın 27-də saxlanmışdı. Nəsimi rayon Məhkəməsi yol qəzası vaxtı polisə müqavimət ittihamı ilə onu 10 sutka azadlıqdan məhrum etmişdi.

Reper isə həbsini «Dado YPX» adlı rep parçasını internetdə yerləşdirməsi ilə əlaqələndirir.
XS
SM
MD
LG