Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:47

Kabildə törədilən partlayışda azı 9 adam ölüb


Kabildə partlayış
Kabildə partlayış
Polis ölənlərin hamısının mülki sakinlər olduğunu deyir.

Partlayış ABŞ müdafiə naziri Çak Heyqelin (Chuck Hagel) Əfqanıstana səfəri zamanı törədilib.
Amma o partlayış vaxtı başqa yerdə olub.

İntiharçının törətdiyi partlayışa görə cavabdehliyi Taliban üzərinə götürüb.

Talibanın nümayəndəsi Zabiullah Mujahid hədəfin məhz Hagel olmadığını deyir.
Amma o qeyd edib ki, yaraqlılar bununla göstərmək istəyir ki, istənilən vaxt Kabildə partlayış törədə bilərlər.

ABŞ müdafiə naziri Chuck Hagel səfər zamanı prezident Hamid Karzai və Əfqanıstandakı ABŞ komandanlığı ilə görüşməlidir.
O bildirib ki, məqsədi Əfqanıstandakı vəziyyəti öyrənməkdir.

Hagel səfər zamanı ABŞ-ın xüsusi təyinatlı qüvvələrinin bu günlərdə Vardak əyalətindən çıxarılması barədə məsələ qaldırmaq fikrindədir.

Əfqanıstan prezidenti Hamid Karzai ABŞ və Əfqanıstan qüvvələrinin əyalətdən çıxarılmasını göstəriş verib.
Əfqanıstan hakimiyyəti onları ölüm hadisələri və yerli sakinlərin hüquqlarını pozmaqda günahlandırır.
XS
SM
MD
LG