Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:09

Bircə suala cavab ver - iPod qazan! (Ötən həftənin sualına cavab: "Qar")


iPod Shuffle
iPod Shuffle
-

Azadlıq Radiosunun "Oxu zalı"nda keçirilən ədəbiyyat viktorinasının bu həftə üçün sualı:

Cavab ver - iPod qazan!

Bu, hansı romandandı?

“...burada dəfn edilib. Tez-tez yaxınlıqdakı kənddən qəbri ziyarət etməyə əldən-ayaqdan düşmüş iki qoca - ərlə arvad gəlir. Onlar bir-birinə dayaq ola-ola ağır addımlarla çəpərə yaxınlaşar, diz üstə çöküb uzun-uzun ağlayar, acı göz yaşları tökər, uzun-uzun və diqqətlə altında oğullarının uyuduğu daşa - dilsiz-ağızsız sinə daşına baxar, öz aralarında bir-iki kəlmə kəsər, daşın tozunu silər, küknarın budağını düzəldər, yenə dua edərlər. Xeyli keçər, amma həmin yeri tərk edə bilməzlər. Burada oğullarına, onun haqda xatirələrə lap yaxındırlar axı... Doğrudanmı onların dualarının, göz yaşlarının xeyir yoxdur?..”


Cavabınızı martın 15-ə qədər (martın 15-i də daxil) bu ünvana yollaya bilərsiz: oxuzali@azadliqradiosu.az

Viktorinanın qalibi düzgün cavab yollayanlar arasından püşkatma yolu ilə seçiləcək.

***

Azadlıq Radiosunun “Oxu zalı”nda keçirilən ədəbiyyat viktorinasının üçüncü həftəsində elan edilmiş suala düzgün cavabsa belədir:

Orxan Pamukun “Qar” romanı

14 düzgün cavab göndfərilib.

Püşkatma nəticəsində qalib Alya Yaqublu olub.

Göndərilmiş digər cavab variantları:

Den Braun. "Da Vinçi kodu",
Yusif Səmədoğlu. "Qətl günü",
Mirzə Fətəli Axundov. "Kəmalüddövlə məktubları",
İsa Muğanna. "İdeal",
İsmayıl Şıxlı. "Ölən dünyam" və s.


Qalibi təbrik edirik. O, mükafatını - iPod Shuffle-ı Azadlıq Radiosunun Bakı bürosundan götürə bilər:

Telefon: 436 77 40 (dax. 13 55 Rafiq bəy)

Viktorinamız hələ 9 həftə davam edəcək.

(Qalib növbəti həftələrdə viktorniada iştirak edə bilməz).

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG