Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:08

Azərbaycan millət vəkili yol qəzasında ölüb


-

Azərbaycan DİN və Baş Prokurorluq millət vəkili Hikmət Atayevin avtomobil qəzasına düşərək ölməsi haqqında birgə bəyanat yayıb.

Qəzanın törədilməsində şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb olunub.

Ötən gün axşam yol qəzası zamanı millət vəkili H. Atayev hadisə yerində vəfat edib, digər avtomobilin sürücüsü Şaban Qardaşov və sərnişini Vüsal Bodurov isə bədən xəsarətləri alıblar.

İlkin araşdırmalarla Şaban Qardaşovun avtomobili sərxoş vəziyyətdə idarə etdiyi müəyyən olunub.

Faktla bağlı Balakən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərşəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə zəruri ekspertizalar təyin edilib, təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

MİLLƏT VƏKİLİ QƏZADA ÖLÜB


Hikmət Atayev
Hikmət Atayev
Azərbaycanda millət vəkili yol qəzasında ölüb. APA-nın məlumatına görə, hadisə Balakən-Gürcüstan sərhəd yolunda qeydə alınıb. Gürcüstandan Balakən istiqamətində hərəkət edən, Milli Məclisin deputatı Hikmət Atayevin idarə etdiyi «VAZ-2106» markalı maşın «VAZ-21015» markalı maşınla toqquşub. Nəticədə H. Atayev aldığı xəsarətdən hadisə yerindəcə vəfat edib.

Balakən rayon Polis Şöbəsindən bildiriblər ki, millət vəkili Gürcüstandan gəlirmiş və avtomobildə onunla bir yerdə oğlu da olub. Qəzada millət vəkilinin oğlu ciddi xəsarət almayıb.

Qəza zamanı digər avtomobilin sərnişinin isə ağır xəsarət aldığı bildirilir.

Hikmət Atayev 1953-cü ildə Zaqatala şəhərində anadan olub.

2006-cı il mayın 13-də 110 saylı Zaqatala seçki dairəsindən deputat seçilib.

Milli Məclisin Sosial siyasət daimi komissiyasının, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Finlandiya, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG