Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Noyabr, Cümə, Bakı vaxtı 02:31

Avropa-Azərbaycan biznes forumu keçiriləcək


Martın 14-də Parisdə “Azərbaycan-Qafqazın aparıcı qüvvəsi: sərmayə üçün potensial və əlverişlilik” adlı Avropa-Azərbaycan biznes forumu keçiriləcək.
Bu barədə APA agentliyi xəbər verir.

Bundan əvvəlki form 2011-12-ci illərdə Londonda keçirilib.

Tədbirdə məqsəd Azərbaycanın biznes və sərmayə qoyula biləcək sahələrini təqdim etməkdir.
Həmçinin virgə investorların energetika texnologiyaları, su və sanitariya, aqrar-sənaye kompleksi, telekommunikasiya və aerokosmik sahələr, yüksək səviyyəli infrastruktur layihələri kimi vacib sektorlarla bağlı müzakirələr aparması nəzərdə tutulub.

Tədbirdə Fransa və Azərbaycandan olan sahibkarlar və dövlət qurumlarının nümayəndələri iştirak edəcək.
XS
SM
MD
LG