Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:59

Hansı illərin Azərbaycanını gənclər daha çox sevir


Ziya Eyyub
Ziya Eyyub
-
«Flashmob»da bu həftə gənclərin arxiv fotolara olan marağından danışdıq. Qonaqlar fotoqraf Əziz Kərimov, «Facebook» sosial şəbəkəsində «Dünən, bu gün, sabah» səhifəsinin yaradıcısı Ziya Eyyub və «Azərbaycan tarixi fotolarda» səhifəsinin yaradıcısı Nihat Vəlizadədir.

Ziya Eyyub səhifəni tarixə olan marağa görə yaradıb. Deyir, intellektual aləmə marağı olduğu üçün qərar verib ki, səhifə yaradıb, şəkillər paylaşsın. Onun səhifəsində təkcə Azərbaycana yox, ümumilikdə arxiv fotolar paylaşılır.

Nihat Vəlizadənin «Azərbaycan tarixi fotolarda» səhifəsində isə sırf Azərbaycanla bağlı fotolar paylaşılır:

«Mən «Vikipediya»nın idarəçisi kimi fəaliyyət göstərirəm. Bir il orda işlədiyim müddətdə həm sayta şəkillər əlavə edirdim, həm də öz arxivimi formalaşdırırdım. Əvvəllər səhifə yaratmaq planlamamışdım. Yanvarda yaratdım və ay yarımdan sonra 4500-dən çox bəyənən oldu.
Nihat Vəlizadə
Nihat Vəlizadə
Mən də çalışdım peşəkar yanaşım. Şəkillər topladım, hazırda səhifədə 330 şəkil paylaşılıb, amma arxivimdə 2500-dən çox şəkil var. İnsanlara maraqlı olacağını gözləmirdim. İndi bəzi səhifələr başlayıb bizdən şəkillər götürüb paylaşmağa».

2-3 AYA YENİ SAYT OLACAQ

Əziz Kərimovun arxivində isə 10 mindən çox foto var. Şəkillərin bəzi hissələrini özü toplayıb, bəzilərini Əlyazmalar İnstitutundan veriblər, bəzilərini isə sadə vətəndaşlar göndərib:

«Biz 2011-ci ildə fotobank.az saytını yaratdıq və ora 7 minə yaxın şəkil əlavə etdik.
Əziz Kərimov
Əziz Kərimov
Müxtəlif bölmələr vardı, araşdırma ilə məşğul olanlar da sayta girib yararlanırdılar. Lakin həmin vaxt sayt beta versiyasında olduğu üçün genişləndirə bilmədik və fasilə verməli olduq. Təxminən 2-3 aya yenidən saytı yaradacağıq. Həm bazası güclü olacaq, həm də 3 dildə məlumatlar yazacağıq».

Arxiv-foto sevənlər deyir ki, ən çox maraq kəsb edən XX əsrə aid şəhər mənzərələri və mədəniyyət xadimlərinin birlikdə çəkdirdikləri şəkillər, filmlərin, tamaşaların səhnə arxası məqamlarıdır.

Verilişi tam olaraq burdan dinlə:

XS
SM
MD
LG