Keçid linkləri

2025, 24 İyul, Cümə axşamı, Bakı vaxtı 23:38

London Suriya müxalifətinə zirehli texnika göndərmək fikrindədir


 William Hague
William Hague
London silahlı Suriya müxalifətinə zirehli geyim və zirehli maşınlar göndərmək fikrindədir.

Bunu Böyük Britaniyanın xarici işlər naziri William Hague bəyan edib.

Onun sözlərinə görə, bu hərbi məqsədlər üçün yox, Bashar Assad rejiminə qarşı mübarizə aparan üsyançıların həyatını xilas etmək üçün nəzərdə tutulur.

Böyük Britaniya artıq Suriya müxalifətinə 14 milyon dollarlıq elektrik generatorları və rabitə cihazları verib.

Həmçinin ABŞ Dövlət katibi John Kerri bu ay Vaşinqtonun Suriya müxalifətinə 60 milyon dollar ayıracağını bəyan edib.
XS
SM
MD
LG