Keçid linkləri

Təcili xəbərlər
2021, 17 May, Bazar ertəsi, Bakı vaxtı 08:46

Suriyanı milyondan çox sakin tərk edib


Suriyalı qaçqınlar
Suriya münaqişəsindən bu yana ölkəni 1 milyondan çox sakin tərk edib.
Onların təxminən yarıdan çoxu uşaqlardır.
Bu barədə BMT-nin məlumatında bildirilir.

Bundan başqa bir neçə milyon sakin məcburi ev-eşiyini tərk etməli olub.

BMT-nin qaçqınlar üzrə ali komisarı Antonio Guterres bəyan edib ki, ölkə tam faciəyə doğru gedir və bunun qarşısı təcili alınmalıdır.

Guterres həmçinin bildirib ki, Suriyaya beynəlxalq yardımlar məhdudlaşa bilər, qaçqınları qəbul edən ölkələr isə onların ilkin təlabatını ödəmək iqtidarında deyillər

Suriya qaçqınları əsasən Livan, İordaniya, Türkiyə və Misirə keçib.

BMT 2 illik Suriya münaqişəsində 70 mindən çox adamın öldüyünü deyir.
XS
SM
MD
LG