Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:38

Hugo Chavez öldü


Venesuellanın prezidenti Hugo Chavez ölüb. Bu haqda rəsmi açıqlamanı vice-prezident Nicolas Maduro Venesuella xalqına müraciətində edib.

58 yaşlı Chavez Venesuellanın 53-cü prezidenti idi. 1992-ci ildə uğursuz çevriliş cəhdindən sonra Chaves Respublikaçılar Hərəkatı partıyası təsis etmiş, 1998-ci ildə bu partiyadan prezident seçilmişdi.

2011-ci ildə Chavez-in xərcəng xəstəliyi haqda məlumatlar yayıldı. O, Kubada əməliyyat və müalicə olunmuşdu. Lakin onun xəstəliyinin nə dərəcədə ciddi olması haqda məlumatlar gizli saxlanılırdı.

2012-ci ildə, prezident seçilsə də, Chavez xəstəlik səbəbindən heç vaxt yeni dövr hakimiyyətinin icrasına başlaya bilmədi.

Özünün varisi kimi Chavez vice-prezident Nicolas Maduro-nu görürdü. Martın 5-də Chavezin vəziyyətinin ağırlaşdığı haqda xəbərlər yayılandan sonra Venesuellanın ali rəhbərliyi fövqəlada iclasa toplaşmışdı.

Prezidentin ölümündən sonra hakimiyyət yeni seçkilərə qədər Maduro-ya həvalə olunub.

Hadisə ilə bağlı daha ətraflı məlumatlar sayta hazırlanır. AzadliqRadiosu.az saytını izlə
XS
SM
MD
LG