Keçid linkləri

2017, 22 Oktyabr, bazar, Bakı vaxtı 23:36
Ermənistanda keçirilən prezident seçkisində ikinci olan Raffi Hovanisianın yüzlərlə tərəfdarı bu gün Yenidən Yerevanda etiraz aksiyasına çıxıb.

“İrs” partiyasının lideri və keçmiş xarici işlər naziri Hovanisian son həftələr paytaxt Yerevan və ölkənin bölgələrində etiraz mitinqləri keçirib.

Fevralın 18-də keçirilmiş prezident seçkisində indiki prezident Serzh Sarkisian qalib gəlib.
Müxalifət nəticələrin saxtalaşdırıldığını deyir.

Hovanisian bu həftə Yerevan və ölkənin digər 10 şəhərində etiraz aksiyaları keçirməyi planlaşdırır.

O bazar ertəsi rəsmi şəkildə Konstitusiya məhkəməsinə müraciət edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG