Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:13

«Əsgər ölümünə yox!» aksiyası üçün BŞİH-ə müraciət edilib


Vətəndaş cəmiyyəti fəalları martın 10-da keçiriləcək «Əsgər ölümünə yox!» etiraz aksiyası üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BHİŞ) müraciət edib.

Bu haqda AzadlıqRadiosuna «N!DA» Vətəndaş Hərəkatının media üzrə koordinatoru Elmin Bədəlov məlumat verib. O, təşkilat olaraq ayın 10-dakı aksiyanı dəstəklədiklərini, tək istəklərinin əsgər ölümlərinə son qoyulması olduğunu deyir:

«Bunu tələb edirik. Aksiyada iştirak edəcəyik. Məhz elə bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişik ki, aksiya üçün bizə yer versinlər. Məktubda Yasamal rayonu, M. Seyidov küçəsi, 3155-ci məhəllə, Yasamal rayonu, İdman-Sağlamlıq Kompleksinin stadionu; Nizami rayonu, Q. Qarayev prospekti, «Təbriz» kinoteatrının qarşısındakı meydanda aksiyanın keçirilməsinə şərait yaradılması xahiş etmişik».

E. Bədəlov onu da deyir ki, BHİŞ onlara aksiya keçirmək üçün yer verməkdən imtina etsə və ya müraciətlərinə cavab verilməsə aksiya şəhərin mərkəzində, Fəvvarələr Meydanında keçiriləcək.

Aksiya iştirakçıları 30 min Facebook istifadəçisinə dəvət göndərib. İndiki nəticələrə görə, aksiyada 14.904 nəfər iştirak edəcək.

Bakıda əsgər ölümünə etiraz olaraq ilk aksiya yanvarın 12-də, Daşkəsəndə sıravi əsgər Ceyhun Qubadovun ölümü ilə əlaqədar keçirilib. Martın 10-da keçirilməsi nəzərdə tutulan aksiya isə Göyçaydan hərbi xidmətə çağırılmış əsgər Seymur Allahverdiyevin ölümü ilə bağlıdır.
XS
SM
MD
LG