Keçid linkləri

2026, 20 Sentyabr, bazar, Bakı vaxtı 17:38

Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edilə bilər

Bu gün BMT-nin təhlükəsizlik şurasında Şimali Koreyanın nüvə proqramı məsələsi müzakirə olunur.

Məlumatlara görə, ABŞ Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edilməsi ilə bağlı qətnamə layihəsi təqdim edəcək.

Şimali Koreya yanvarın 12-də yeni nüvə sınağı keçirib.

Vaşinqton 3 həftəlik müzakirələrdən sonra qətnamə layihəsinin mətnini Pxenyanın yaxın müttəfiqi olan Çinlə razılaşdırıb.

Təhlükəsizlik şurasının 15 üzvü bundan əvvəl Şimali Koreyanın bu hərəkətini pisləyən bəyanatı dəstəkləyib.

Rusiyanın təşkilatdakı nümayəndəsi Vitali Churkinin sözlərinə görə, qətnamə layihəsi martda təsdiqlənə bilər.
This item is part of
XS
SM
MD
LG