Keçid linkləri

Təcili xəbərlər
2023, 28 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:16

Hökümə Qurbanovanın 100 illik yubileyi qeyd olunacaq


-

Hökümə Qurbanova
Hökümə Qurbanova

​Azərbaycanın teatr və kino ustası, SSRİ xalq artisti Hökümə Qurbanovanın 100 illiyin qeyd edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı çıxıb.

2013-cü ildə Hökumə Qurbanovanın 100-cü doğum ili tamam olur.

Sənəddə ayrıca vurğulanır ki, Hökümə Qurbanova canlandırdığı romantik və mübariz xarakterli qəhrəman qadın obrazları ilə Azərbaycan xalqının mədəni sərvətlər xəzinəsini zənginləşdirib.

Yüksək istedada malik qüdrətli aktrisanın bənzərsiz yaradıcılığı sənətkarların yeni nəsli üçün məktəb olaraq qalır.

Sərəncama görə, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə SSRİ xalq artisti Hökümə Qurbanovanın 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməlidirlər.

Xatırladaq ki, Hökumə Abbasəli qızı Qurbanova 1913-cü il iyunun 11-də Bakıda ziyalı ailəsində doğulub.

O, ana tərəfdən Üzeyir bəy Hacıbəylinin həyat yoldaşı Məlikə xanımın, Müslüm Maqomayevin (baba) ömür yoldaşı Badigülcamal xanımın da məxsus olduğu Terequlovlar nəslindəndir.

Hökumə xanım Azərbaycan teatrında misilsiz faciə ustası sayılır.

O, William Shakespeare-in əsərlərində bir-birindən gözəl obrazlar yaradıb («Qış nağılı»nda Hermiona, «On ikinci gecə»də Oliviya, «Antoni və Kleopatra»da Kleopatra»).

Kleopatra obrazı dillərə dastan olub.

Deyilənə görə, Londondakı Shakespeare muzeyində Hökumə xanımın yaratdığı obrazların fotosu da sərgilənir.

Hökumə xanım 1988-ci il noyabrın 2-də Bakıda dünyadan köçüb.
XS
SM
MD
LG