Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:32

Bəzi rayonlarda qar yağacaq


Martın 6-da Azərbaycanın bəzi bölgələrində qar yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin soyuq, küləkli, arabir yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Hava temperaturunun anomal gedişi gözlənilir. Gecə və gündüz 2-5 dərəcə isti olacaq, axşama doğru temperatur 0 dərəcəyə yaxınlaşacaq.

Rayonlarda arabir yağıntılı olacağı, gecə bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Havanın temperaturunun gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.
XS
SM
MD
LG