Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:29

Göyçayın da «Əsgər ölümünə son!» deyəcəyi gözlənilir


Media icmalı
Media icmalı
-

HƏRBİ TİBB KOMİSSİYALARI NİYƏ LƏĞV OLUNUR?

«Azadlıq» qəzeti yazır ki, «Azərbaycanda həqiqi hərbi xidmətə çağırışla bağlı hərbi tibbi komissiyalar ləğv olunaraq, bu strukturun yeni formada, vahid tabeçilikdə təşkili gözlənir. Nəzərdə tutulan layihəyə əsasən, hərbi tibbi komissiyalar artıq yerli icra hakimiyyətlərinin qərarı ilə müxtəlif qurumların nümayəndələrindən təşkil olunmayacaq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid tabeliyində komissiya kimi yaradılacaq. Komissiyanın müvafiq olaraq rayonlar üzrə bölmələri də fəaliyyət göstərəcək».

Məsələyə münasibət bildirən hərbi ekspert Üzeyir Cəfərov isə fikirləşir ki, həmin komissiyaları formalaşdıranların özlərini dəyişdirmək lazımdır.

GÜLƏR ƏHMƏDOVANIN HƏBSİ ÖVLADLARINDAN GİZLƏDİLİR

Moderator.az saytı «Gülər Əhmədova ilə Sevinc Babayevanın yazışmaları açıqlandı» başlıqlı müsahibəni yayımlayıb. Müsahibədə həbsdə olan eks millət vəkili Gülər Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədov sualları cavablayıb. O, Gülər Əhmədovanın həbsini övladlarından gizlədiyini deyib:

«Evimizdə axtarış aparıldı, ailəyə məxsus bütün hər şey, hətta kosmetikalar, uşağın multfilm diskləri də aparıldı».

F. Əhmədov mətbuatda Gülər Əhmədovanın əmlakı ilə bağlı gedən yazılara da münasibət bildirib: «Deməyim odur ki, siz jurnalistlər, hərəniz birini üstünə qoyanda bəlli olur ki, Azərbaycanın yarısı bizim imiş, xəbərimiz yox. Bizim əmlakımızdan eninə-boyuna yazanlara deməyim odur ki, bizim adımıza çıxardıqları bütün əmlakı onlara bağışlayıram. Əmlakımızın siyahıya alınması barədə mətbuatda gedən məlumatların da hamısı yalan və uydurmadır. Çünki Gülər Əhmədova hazırda, təqsirləndirilən şəxs kimi dindirilməkdədir. Əmlakın siyahıya alınması isə təqsirləndirilən şəxsin cinayət əməli sübuta yetiriləndən sonra, məhkəmə qərarı ilə olur».

BU DƏFƏ, GÖYÇAYIN DA «ƏSGƏR ÖLÜMÜNƏ SON!» DEYƏCƏYİ GÖZLƏNİR

«Yeni Müsavat» qəzeti «10 Mart mitinqinə əsgər valideynləri də qoşulacaq» deyə, xəbərləyib.

Qəzet yazır ki, 12 min gənc fəal «Əsgər ölümünə son!» aksiyasında iştirak edəcəyini bəyan edib; Göyçayda da toplantı gözlənilir. Bu toplantı isə eyni tarixdə göyçaylı əsgər S. Allahverdiyevin doğma kəndində gözlənilir. Hazırda oradakı vəziyyət gərgin olaraq qalır».

«N!DA» Vətəndaş Hərəkatının media üzrə koordinatoru Elmin Bədəlov bildirib ki, onlar da təşkilat olaraq aksiyada iştirak edəcəklər.

«YENİ AZƏRBAYCAN» ELDAR NAMAZOVDAN YAZIB

«Yeni Azərbaycan» qəzeti «Qondarma «Ziyalılar Forumu» Azərbaycan cəmiyyətinə yaddır» - deyə yazıb.

Qəzet, E. Namazov və başına yığdığı insanların öz niyyətlərini, xislətlərini Azərbaycanda tarixən uca tutulan, hörmət göstərilən «ziyalı» sözünün altında pərdələməyə çalışdıqlarını qeyd edir:

«Azərbaycan özünün sürətli inkişaf dövrünü yaşayır. Respublikamız hər sahədə böyük uğurlar qazanır. Ölkənin beynəlxalq nüfuzu getdikcə daha da artır. Azərbaycanın güclənməsi, müstəqillik yolunda inamlı addımlar atması dostlarımızı sevindirməklə yanaşı, erməniləri və xarici ermənipərəst dairələri sözün əsl mənasında əndişələndirir».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG