Keçid linkləri

2026, 18 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 01:07

Litvanın xarici işlər naziri Azərbaycana səfərə gəlir


Litvanın yeni təyin olunmuş xarici işlər naziri Linas Linkevičius martın 5-i Azərbaycana səfərə gəlir.

Litvanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfər tanışlıq xarakterlidir.

Bir günlük səfər çərçivəsində keçiriləcək yüksək səviyyəli görüşlərdə Azərbaycan-Litva münasibətlərinin inkişafı, Azərbaycanın Avropa Birliyi ilə münasibətləri, Litvanın Avropa Birliyinə sədrliyi dövründə əsas prioritetləri müzakirə olunacaq.
This item is part of
XS
SM
MD
LG