Keçid linkləri

2026, 11 Sentyabr, cümə, Bakı vaxtı 05:51

Jurnalist ağzını tikməklə aclıq edəcəyini deyir

-
Jurnalist Fərəməz Allahverdiyev (Novruzoğlu) martın 5-dən ağzını tikməklə aclıq aksiyasına başlayacaq.

Bu barədə onun vəkili Fariz Namazlı məlumat verib.

Vəkil deyib ki, aksiyaya səbəb Ali Məhkəmədə şikayətinə baxılarkən onun iclasda iştirakının təmin edilməməsidir:

«Fevralın 19-da Ali Məhkəmədə Fərəməz Allahverdiyevin kasasiya şikayətinə baxılıb, ancaq nə onun iştirakı təmin edilib, nə də iş materialları ilə tanış olmasına şərait yaradılıb».

Fərəməz Allahverdiyev martın 15-də Bakı Apellyasiya Məhkəməsində olacaq prosesdə iştirakdan da imtina edib.

F.Allahverdiyev 2012-ci il aprelin 17-də həbs olunub. Avqustun 22-də o, CM-nin 318 (sərhədi qanunsuz keçmə) və 220-ci (kütləvi iğtişaşlara çağırış) maddələri ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
This item is part of
XS
SM
MD
LG