Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 02:29

Media Hüququ İnstitutu repçi Səid Əliyevi azad etməyə çağırır


Dado
Dado
-
«Hər hansı əsər, mahnı, parçadakı ifadələrlə bağlı hər kəsin rəyini bildirmək, onu qınamaq və ya bəyənmək haqqı var. Bu hüquqdan yararlanmanın başqa şəxsin hüquqlarına zərər vurmamalıdır».

Bu sözlər Media Hüququ İnstitutunun repçi Səid Əliyevin həbs edilməsi barədə verdiyi bəyanatda qeyd olunub.

Bəyanatda bildirilir ki, belə olaylar ölkə qanunvericiliyi ilə təsbit olunan ifadə, yaradıcılıq azadlığına ciddi xələl gətirir:

«Repçinin hakimiyyət nümayəndəsinə tabe olmamasının motivləri ilə bağlı detallı bilgi verilmir. Bununla yanaşı, polis qurumları nümayəndələrinin Səid Əliyevin müəllifi olduğu rep parçasından narahatlıqları açıqca ifadə olunur. Hökumət fərdi yaradıcılıq azadlığına senzuraları önləməli, bu azadlığa qarantiya verməlidir və ölkə Konstitusiyasının 51-ci maddəsində ifadə olunduğu kimi bütün vətəndaşlara azad yaradıcılıq imkanı tanınmalıdır».

«Dado» ləqəbi ilə tanınan repçi Səid Əliyev fevral ayının 27-də, Yol Polisi ilə bağlı oxuduğu rep internetdə yayıldıqdan sonra Nəsimi Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Yol qəza hadisəsinə görə idarəyə dəvət olunan repçi hakimiyyət nümayəndəsinə tabesizlik göstərdiyinə görə 10 sutkalıq azadlıqdan məhrum edilib.

Reper Binəqədi təcridxanasında saxlanılır. S.Əliyevə polis idarəsində təzyiq edildiyi bildirilir. Alçaldıcı hərəkətlərə, təhqirə məruz qaldığı deyilən reperdən «Dado YPX» adlı rep parçasını internetdən silmək tələb olunur.

Baş Dövlət Yol Polisi İdarəsindən Kamran Əliyev repçinin həbsi ilə bağlı danışarkən «təkcə yol polisinin deyil, adi vətəndaşların da bu repə münasibəti müsbət ola bilməz» söyləyib.
XS
SM
MD
LG