Keçid linkləri

2026, 31 May, bazar, Bakı vaxtı 15:47

Nabucco və TANAP memorandum imzalayıb

“Nabucco” və “TANAP” (Trans Anadolu Boru Kəməri) konsorsiumları arasında anlaşma və əməkdaşlıq memorandumu imzalanıb.
“Nabucco” konsorsiumundan «APA-Economics»ə verilən məlumata görə, bu memorandumla hər iki tərəf Cənub Qaz Dəhlizinin inkişafı üçün əməkdaşlığa razı olduqlarını rəsmi sürətdə bəyan edib.

Memoranduma əsasən, Nabucco və TANAP texniki və digər strateji məlumat mübadiləsi aparacaq və onların müvafiq layihələrinin inkişafını dəstəkləyəcək şəkildə əməkdaşlıq edəcək.

Sənəddə qeyd olunub ki, Avropa Birliyi və Cənub-Şərqi Avropa regionlarının qazla etibarlı təchizatının və diversifikasiyasının təkmilləşdirilməsi üçün təbii qazın təchizat marşrutlarının gələcəkdə diversifikasiya edilməsinə ehtiyac var.
This item is part of
XS
SM
MD
LG