Dövlət sərhədlərini pozduqları üçün ötən ay sərhədçilər tərəfindən 32 halda 46 nəfər saxlanıb.
Fevral ayında Azərbaycanın dövlət sərhədlərini pozduqları üçün 32 halda 46 nəfər saxlanılıb. Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, onlardan 22 nəfəri Azərbaycan vətəndaşıdır. Saxlananlar arasında Gürcüstan, Rusiya Federasiyası, Özbəkistan, İran İslam respublikası, Moldova, Türkiyə, Qırğızıstan və Konqo vətəndaşları da olub.
Xidmət tərəfindən saxlanan 170 nəfər isə hüquq-mühafizə orqanları tərəfindən axtarışda olanlar olub. Ay ərzində sərhədçilər tərəfindən cəmi 1 kiloqram 348,7 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb və ümumilikdə dəyəri 61 min manat olan qaçaqmal saxlayıblar. Qaçaqmal arasında silah-sursat, xarici valyuta, mobil telefon və mobil telefonlar üçün aksessuarlar, spirtli içki, siqaret, balıq toru, xırdabuynuzlu mal-qara, rezin qayıq, dərman preparatları, elektrotexnika, sənaye və kənd təsərrüfatı malları olub.