Keçid linkləri

2026, 27 İyun, şənbə, Bakı vaxtı 10:12

1-ci sinif şagirdi beton plitənin altında qalıb


Beyləqanda 7 yaşlı oğlan beton plitənin altında qalaraq vəfat edib.

APA-nın xəbərinə görə, Cəfərov Kənan Xaləddin oğlu, keçmiş tikinti idarəsinin həyətində oynayarkən beton piltənin altında qalıb.

K. Cəfərovun qohumları ərazidə çoxlu sayda beton plitələr olduğunu, onların satış məqsədilə kranla qaldırıb altına daş yığıldığını bildiriblər.

Faktla bağlı Beyləqan rayon Prokurorluğunda cinayət işi açılıb.
This item is part of
XS
SM
MD
LG