Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:18

Azərbaycanda magistraturaya qəbul imtahanı keçirilib


Azerbaijan - Exam photo
Azerbaijan - Exam photo
Azərbaycanda ali məktəblərin magistratura pilləsinə qəbul imtahanının birinci mərhələsi keçirilib

APA-nın məlumatına görə, saat 13.00-da başlayan imtahan 15.30-da başa çatıb.

İmtahan Bakı, Naxçıvan, Gəncə və Lənkəran şəhərlərində keçirilib.
İmtahanda iştirak etmək üçün 21623 bakalavr ərizə verib.

Onlardan 19080-ni Azərbaycan, 2543-ü isə rus bölməsinə aiddir.
İmtahanda iştirak edən ən yaşlı bakalavr 1958-ci, ən gənci isə 1994-cü ildəndir.

Qəbul imtahanı Bakıda 30, Naxçıvanda 1, Gəncədə 5, Lənkəranda isə 1 binada keçirilib.
Bakıda 18092, Naxçıvanda 651, Gəncədə 2541, Lənkəranda isə 339 nəfər imtahan verib.

İmtahanlara 144 rəhbər və 1638 nəzarətçi-müəllim cəlb olunub.
XS
SM
MD
LG