Keçid linkləri

2026, 24 İyun, çərşənbə, Bakı vaxtı 23:58

John Kerry Qahirədədir

 John Kerry
John Kerry
ABŞ Dövlət katibi John Kerry Qahirəyə ikigünlük səfərə gedib.

O prezident Muhammad Morsi, siyasi partiya liderləri, iş adamları və vətəndaş cəmiyyətinin üzvləri ilə görüşəcək.
Kerry bu görüşlərdə ölkədəki siyasi böhranın həlli yollarını və iqtisadi islahatlar aparmaq üçün Misirin Beynəlxalq Valyuta fondu ilə razılığa gəlməsini müzakirə etmək fikrindədir.

Misir müxalifəti prezident Morsi və onun təmsil olunduğu islamçı “Müsəlman qardaşları” hərəkatını hakimiyyəti zəbt etməkdə günahlandırır.
Ölkədə keçirilən etiraz aksiyaları zamanı baş verən toqquşmalarda onlarla adam ölüb.
This item is part of
XS
SM
MD
LG