Keçid linkləri

Təcili xəbərlər
2021, 06 Mart, şənbə, Bakı vaxtı 18:56

Yerevanda etiraz mitinqi keçirilib


Yerevanda mitinq
Ermənistanda keçirilmiş prezident seçkisində ikinci olan Raffi Hovanisianın tərəfdarları paytaxt Yerevanda mitinqə çıxıblar.

Onlar namizədlərinin fevralın 18-də keçirilmiş seçkidə qalib olduğunu bəyan edib və prezident Serzh Sarkisianın istefasını tələb ediblər.

Keçmiş xarici işlər naziri Hovanisian son həftələr paytaxt Yerevan və bölgələrdə etiraz mitinqləri keçirir.

Seçkidə indiki prezident Serzh Sarkisianın qalib gəldiyi bildirilir.
MSK Sarkisianın 58, Hovanisianın isə təxminən 37 faiz səs topladığını bəyan edib.
Müxalifət nəticələrin saxtalaşdırıldığını deyir.
XS
SM
MD
LG