Keçid linkləri

2017, 26 May, Cümə, Bakı vaxtı 23:27

«Sosial şəbəkələrin inkişafında hakimiyyət uduzur»


Mehman Əliyev
-
«Mətbuat Şurası sifarişlərlə işləyir».

Bunu martın 1-də Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunda keçirilən dinləmələrdə «Turan»ın direktoru Mehman Əliyev deyib:

«Jurnalistlərin döyülüb həbs olunması davam edir, internetdə də inhisarlaşdırma siyasəti aparırlar. Ancaq sosial şəbəkələrin inkişafı, bloqların yaranmasına hakimiyyət uduzur. Bu hakimiyyəti narahat etməyə başlayıb, buna görə də Mətbuat Şurasında internetlə bağlı komissiya yaradılıb. Bu interneti nəzarətə götürmək təşəbbüsüdür. Mətbuat Şurası mətbuatın inkişafına dair addım atmayıb - nə yayım sistemində, nə medianın iqtisadiyyatının yaxşılaşdırması sahəsində, nə də diffamasiya sahəsində. Bu struktur hansısa sifarişlərlə işləyir».

«HƏLƏ DƏ DOĞRU SÖZ HƏSRƏTİNDƏYİK»

Professor Qulu Məhərrəmli mətbuat azadlığının labüdlüyündən danışıb:

Qulu Məhərrəmli
Qulu Məhərrəmli
«Mətbuat azadlığının özəlliyi ondadır ki, o, ifadə və söz azadlığı üçün atmosferdir. Hazırda basqıya məruz qalan çox azsaylı qəzet nümunələri qalıb, televiziyalarda isə vəziyyət bəllidir, ordan bir şey gözləməyə ehtiyac yoxdur. Televiziyalar bir mərkəzdən idarə olunur, orada çoxpilləli senzura var. Doğru, dürüst informasiyalar verən mətbuata isə təzyiqlər var. Bir vaxtlar Zərdabi doğru söz həsrətində idi, üstündən 150 il keçib biz hələ də bunun həsrətindəyik».

8 İLDƏ 500-DƏN ÇOX TƏZYİQ

Media Hüququ İnstitutunun koordinatoru Xalid Ağəliyev 2005-ci ildən bu yana jurnalistlərə qarşı 500-dən çox zorakılıq olayı olsa da, cəmi 6-sının araşdırıldığını nəzərə çatdırıb. Bu araşdırmalar da iqtidaryönlü mətbuat nümayəndələrinin işləri olub:
Xalid Ağəliyev
Xalid Ağəliyev
«Ötən 8 il ərzində jurnalistlərə qarşı 160 cinayət cəzası tətbiq edilib, bunların yarısı həbs, yarısı islah işləri olub. 2010-cu ildən etibarən jurnalistlərin peşə fəaliyyətlərinə görə xuliqanlıq, narkotik ittihamları ilə həbs olunması tendensiyası başlayıb. Bu ittihamla 50 jurnalist həbsə alınıb».

Tədbirin sonunda konfrans iştirakçıları hökumətə bəyanat ünvanlayıblar.

İfadə Azadlığını Müdafiə Qrupunda Media Hüququ İnstitutu, «Yeni Nəsil» Jurnalistlər Birliyi, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, «Turan» İnformasiya Agentliyi, İnsan Haqları Klubu, Jurnalistika və İnkişaf Mərkəzi, Demokratik Jurnalistika Məktəbi, «Azadlıq» qəzeti təmsil olunur.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG