Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:39

Chavez gümrah görünür


Hugo Chavez
Prezidenti Hugo Chavez ciddi xəstəliyinə baxmayaraq gümrah görünür.

Bunu Venesuelanın vitse-prezidenti Nikolac Maduro bildirib.
O qeyd edib ki, Chavez hazırda kimyəvi terapiya kursu keçirir.

Maduro Chavezin ölümüylə bağlı yayılan məlumatları rədd edib və xaricdə fəaliyyət göstərən müxalifət və bir sıra kütləvi informasiya vasitələrini ölkədə qeyri-sabitlik yaratmaq cəhdində ittiham edib.

Chavez hazırda Karakasdakı hospitaldadır.
Dünən hospitalda dua mərasim keçirilib, onun sağlamlığına şəfa dilənib.

Chavez bu yaxınlarda Kubada xərçəng xəstəliyindən növbəti əməliyyat keçirib.

O ötən ilin oktyabrında növbəti 6 illiyə prezident seçilib.
Amma xəstəliyinə görə andiçmə mərasimi təxirə salınıb.
XS
SM
MD
LG