Keçid linkləri

2025, 16 İyun, Bazar ertəsi, Bakı vaxtı 05:23

Elmar Hüseynovun qətlindən 8 il ötür [Video]


Həmin zaman, həmin məkan...
Gözlə

No media source currently available

0:00 0:02:36 0:00

Həmin zaman, həmin məkan...

-
Martın 2-də «Monitor» jurnalının redaktoru Elmar Hüseynovun qətlindən 8 il ötür.

Elmar Hüseynov 2005-ci il martın 2-də evinin qarşısında odlu silahla öldürülüb. Qətlin sifarişçiləri və icraçıları həbs edilməyib.

Ölümündən sonra jurnalistin həyat yoldaşı və azyaşlı oğlu Norveçə mühacirət edib.

Elmar Hüseynov 17 iyul 1967-ci ildə Bakıda anadan olub.

1992-ci ildə Azərbaycan Mühəndis-inşaatçılar İnstitutunu mühəndis-hidrotexnik ixtisası üzrə bitirib. Bir neçə müddət Xudafərin SES-də və Rusiyada Boquçan SES-də ixtisası üzrə çalışıb.

Elmar Hüseynov 1995-ci ildən etibarən jurnalist fəaliyyətinə başlayıb. Həmin ildə də «Trend» analitik-informasiya agentliyini, 1996-cı ildə isə «Monitor» jurnalını təsis edir.

O, həmçinin «Bakinski bulvar», «Bakinskiye vedomosti» qəzetlərinin təsisçisi idi.
XS
SM
MD
LG