Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:50

Yerevanda kütləvi etiraz aksiyası keçirilib


Ermənistan müxalifətinin yerevanda keçirdiyi anım mərasimi. 1 mart 2013
Ermənistan müxalifətinin yerevanda keçirdiyi anım mərasimi. 1 mart 2013
-
Martın 1-də Ermənistanın paytaxtı Yerevanda toplaşaraq anım mərasimi keçiriblər. Onlar 2008-ci ilin prezident seçkisindən dərhal sonra keçirilən etiraz aksiyalarına hökumətin müdaxiləsi nəticəsində yaranana qarşıdurmada ölənləri və yaralananları yad ediblər. Həmin toqquşmada 10 nəfər həlak olmuşdu.

O zaman seçkidə indiki prezident Serzh Sarkisian qalib olunmuş, müxalifət isə seçkinin nəticələrinin saxtalaşdırıldığını deyərək davamlı etiraz aksiyaları keçirəcəklərini bildirmişdilər.

Ermənistanın əsas müxalifət partiyalarının liderləri toqquşmaların baş verdiyi Miasnikian küçəsinə qurbanların xatirəsinə güllər düzüblər.

Fevralın 18-də keçirilən prezident seçkisində Sarkisian yenidən 58.6 faiz səslə qalib elan edilib. Rəsmi nəticələrə görə 37 faiz səs toplamış keçmiş Xarici İşlər naziri Raffi Hovanisian isə bu rəsmi nəticələri qəbul etmir.

Martın 2-də onun tərəfdarları yenidən paytaxt yerevanda etiraz aksiyası keçirməyi planlaşdırırlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG