Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:21

Belorus Qırğızıstanın Bakiyevi qaytarmaq tələbini nəzərdən keçirir



Belorusun Baş Prokurorluğu keçmiş president Kurmanbek bakiyevin geri verilməsi barədə Bişkəkdən gələn daha bir xahişi nəzərdən keçirdiklərini bildirir. Belorusun Baş Prokuroru bir az ərzində Qırğızıstana cavab veriləcəyini deyib.

Qırğızıstan məhkəməsi keçən ay keçmiş president Bakiyevin 24 il, onun qardaşının isə ömürlük azadlıqdan məhrum olunması barədə qərar çıxarıb. Qiyabi məhkəmədə onların hər ikisi 2009-cu ildə baş vermiş qarşıdurma zamanı siyasi qətllərdə ittiham ediliblər. Hökm fevralın 22-dən qüvvəyə minib.

Bundan sonra Qırğızıstanın Baş prokurorluğu Bakiyevin geri verilməsi üçün yenidən Minskə müraciət edib.

Keçmiş president Kurmanbek Bakiyev ölkəni bürüyən etiraz aksiyaları və toqquşmalara tab gətirməyərək 2010-cu ilin aprelində ölkəni tərk edib. Həmin ildə o, Belorusda yaşayır. Onun qardaşı Janysh Bakiyev də keçən il Belorusda görünüb.

Minsk bundan əvvəl Qırğızıstanın Bakiyevləri vermək tələblərini rədd edib.
XS
SM
MD
LG