Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:58

ABŞ-da iri büdcə ixtisarı başlayır



Martın 1-də ABŞ-da dövlət büdcəsinin xərclərində 85 milyard dollar ixtisar nəzərdə tutan qanun işə düşür. Amma president Barack Obama bu gün son ana qədər Konqresdə bu problemin həllini gözlədiyini deyib.

Ağ Evlə Konqresdəki Respublikaçılar 11.7 trilyon dollar çatan dövlət borcunun aradan qaldırılması tədbirlərində razılaşa bilmədiklərindən büdcə xərclərinin azaldılmasını nəzərdə tutan qanun avtomatik qüvvəyə minib.

Qanun bu il martın 1-dən oktyabrın 1-ə qədər Pentaqonun xərclərinin 7 faiz, başqa dövlət qurumlarının xərclərinin isə 5 faiz azaldılmasını nəzərdə tutur.

Ağ Evin sözçüsü Jay Carney bildirir ki, president Obama yerli vaxtla martın 1-ə gecə gecənin son saniyələrinə qədər bu problemin həllinə çalışacaq.
XS
SM
MD
LG