Keçid linkləri

2017, 17 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:23

Azərbaycan müasir döyüş idarəetmə sisteminin tətbiqini nəzərdən keçirir


Foto arxiv
Azərbaycan Silahlı Qüvvələrində müasir döyüş idarəetmə sisteminin tətbiqi nəzərdən keçirilir.

APA-nın məlumatına görə, yaxın vaxtlarda bununla bağlı pilot layihənin həyata keçirilməsi planlaşdırılır.

Layihə çərçivəsində bir neçə bölmə müasir komanda, nəzarət və kommunikasiya sistemlərini özündə birləşdirən xüsusi komplekslə təchiz olunacaq.

«Gələcəyin əsgəri» təchizatının əsas komponenti sayılan bu sistemə bölük səviyyəsində şifrələnmiş əlaqəni təmin edən radiostansiya, elektron xəritə üzərində əsgərlərin yerini göstərən planşet, eynək monitor, GPS, həmçinin kiçik video kameralar daxil olacaq.

Komandir idarəetmə avtomobili və ya üzərindəki planşet vasitəsilə əsgərlərin koordinatları və döyüş mövqelərini müşahidə edə, eyni zamanda qrupa, yaxud hər bir əsgərə ayrılıqda komanda verə biləcək.

Hazırda MDB ölkələrindən Rusiya, Belarus və Azərbaycanda «gələcəyin əsgəri» təchizatı ilə bağlı müəyyən layihələr nəzərdən keçirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG