Keçid linkləri

2026, 07 İyun, bazar, Bakı vaxtı 09:18

Bakıda saxta pul buraxan qrup yaxalanıb

Azərbaycan manatı
Azərbaycan manatı
Bakıda dövriyyəyə saxta əsginaslar buraxan 4 nəfərdən ibarət qrup zərərsizləşdirilib.

Bu barədə APA agentliyi Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir.

Yasamal rayon Polis İdarəsinin keçirdiyi əməliyyat zamanı Abşeron sakini Nizami Mahmudov, Bakı sakinləri, Rüstəm Hüseynov, Yusif Həsənov və Səkinə Əliyeva şübhəli şəxs qismində saxlanıblar.

Onların üzərində narkotik vasitə və 10 min manat dəyərində saxta əsginaslar aşkar edilib.

İlkin araşdırmalarda müəyyən edilib ki, onlar narkotik vasitə müqabilində saxta pulları dövriyyəyə buraxırmışlar.
Araşdırma gedir.
This item is part of
XS
SM
MD
LG