Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:44

Aslan İsmayılovun "Sumqayıt" kitabı "Amazon.com" da satışdadır


Aslan İsmayılov: “Sumqayıt hadisələri SSRİ-nin xüsusi xidmət orqanı tərəfindən təşkil olunub”

Vəkil Aslan İsmayılovun müəllifi olduğu “Sumqayıt: SSRİ-nin süqutunun başlanğıcı” adlı kitabı on-line satış şəbəkəsi olan “Amazon. com” saytında satışa çıxarılması və kitabın ingilis dilindəki versiyasının yenidən işlənib nəşr olunması ilə bağlı tədbir keçirilib.

Sumqayıt hadisələrindən danışan A. İsmayılov bəyan edib ki, həmin hadisə SSRİ-nin xüsusi xidmət orqanı tərəfindən təşkil olunub: “Həmin vaxt mən məhkəmə sədri işləyirdim. Hamı azərbaycanlıların vəhşiliyindən danışırdı. Bunu edənlərin erməni olduğu isə heç yerdə getmirdi. Lakin işlə tanış olanda erməni adını gördüm və bu iş məni cəlb etdi. Həmin cinayət işi araşdırılırdı, mən də həmin cinayət işində dövlət ittihamçısı kimi təmsil olunurdum. Həmin vaxt işə qərəzli baxıldı. Hadisələrin əsas təşkilatçısı olan Qriqoryana 12 il həbs cəzası verdilər. Sonra da Rusiyaya ekstradisiya edib azadlığa buraxdılar.

Mənim bu kitabı yazmaqda məqsədim bütün dünyanın hadisənin necə baş verməsini bilməsindən ibarətdir. Kitab Azərbaycan, türk, rus və ingilis dillərində nəşr olunub. Mən dünyada olan bütün məşhur kitabxanalara kitabın göndərilməsini təşkil edəcəyəm. Hazırda ucuz qiymətə “Amazon.com” saytında da satışda var.

Kitab əsasında Rüstəm İbrahimbəyov ssenari də yazıb. Filmin çəkilişinə 5 milyon manat vəsait lazımdır. Lakin həmin pul olmadığından filmi çəkmək mümkün olmur. ”.
(APA)

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG