Keçid linkləri

Təcili xəbərlər
2021, 19 İyun, şənbə, Bakı vaxtı 00:56

Növbəti Rusiya-Gürcüstan görüşü Praqada keçirilir


Martın 1-də Praqada Rusiya-Gürcüstan münasibətinin yaxşılaşdırılması ilə bağlı növbəti görüş keçiriləcək.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Aleksandr Lukashevichin sözlərinə görə, müzakirələri Rusiya xarici işlər nazirinin müavini Grigori Karasinlə Gürcüstan baş nazirinin Rusiya üzrə xüsusi nümayəndəsi Zurav Abashidze aparacaq.

İlk belə görüş ötən il dekabrın 14-də Cenevrədə keçirilmişdi və həmin vaxt müzakirələrin hər iki aydan bir davam etdirilməsi barədə razılıq əldə edilmişdi.

Rusiya 2008-ci ildə Gürcüstanın separatçı bölgələri Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıdıqdan onra iki ölkə arasındakı münasibətlər gərginləşib.
XS
SM
MD
LG