Keçid linkləri

2025, 24 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:12

Bakının Yasamal rayonunda yaşayış binası yanır


Trend-in məlumatına görə, bina Murtuza Muxtarov 185 küçəsində - Elmi Təddiqat Pediatriya İnstitutunun yaxınlığında yerləşir. Yanğın binanın damında baş verir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 2 yanğınsöndürmə maşını gəlib.

Binanın ikinci mərtəbəsindən sonuncu mərtəbəsinə kimi tüstülənmə baş verir. Bina sakinləri təxliyə edilib. Hadisə yerinə əlavə 2 yanğınsöndürmə maşını da gəlib.

Sakinlərin dediyinə görə, hadisənin elektrik naqillərində baş verən qısaqapanma nəticəsində baş verdiyi ehtimal edilir.

Hazırda yanğının söndürülməsi üçün işlər aparılır.
XS
SM
MD
LG